BolgeXeber.Com » Xəbərlər » İmişli rayonunda Pambıqçılığın inkişafına dair müşavirə keçirilmişdir

İmişli rayonunda Pambıqçılığın inkişafına dair müşavirə keçirilmişdir

4-09-2018, 22:13
Oxunub: 2 651 İmişli rayonunda Pambıqçılığın inkişafına dair müşavirə keçirilmişdirAzərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə 26 mart 2018-ci il tarixində Bərdə rayonunda keçirilən “Pambıqçılığın İnkişafı Məsələlərinə Dair Respublika Müşavirəsi”ndə verilmiş tapşırıqların icrası ilə bağlı İmişli rayonunda geniş tərkibli iclas keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə 26 mart 2018-ci il tarixində Bərdə rayonunda keçirilən “Pambıqçılığın İnkişafı Məsələlərinə Dair Respublika Müşavirəsi”ndə verilmiş tapşırıqların icrası ilə bağlı İmişli rayonu Heydər Əliyev mərkəzində geniş tərkibli iclas keçirilmişdir.
Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev , Kənd təsərrüfatı nazirinin müavini SeyfəddinTalıbov, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov, Respublika Bitki Mühafizə mərkəzinin rəisi Damət Sultanov, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmaylov, Bitki Mühafizı və Texniki Bitkilər ET İnstitutunun direktor əvəzi Azad İbrahimov və “MKT İK” MMC–nin, “P Agro” MMC-nin nümayəndələri iştirak etmişdirlər.
İmişli rayonu İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev iclası açaraq Bərdə rayonunda keçirilmiş müşavirə haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Vilyam Hacıyev çıxışından sonra sözü Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbova verdi, nazir müavini öz növbəsində Azərbaycanda pambıqçılığın inkişafı – qarşıda duran hədəflər və perspektivlər haqqında rayon fermerlərinə məlumat verdi . Daha sonra çıxış edən İmran Cümşüdov, İsrafil İsmayılov və Azad İbrahimov başçılıq etdikləri sahələr üzrə gördükləri işlər və qarşıda duran məsələlər barədə ətraflı çıxışlar etdilər. Sonda tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələ şəraitində başa çatdı.
Bolgexeber.com
İmişli rayonunda Pambıqçılığın inkişafına dair müşavirə keçirilmişdir