BolgeXeber.Com » Mədəniyyət » “Hababam sinfi” yenidən çəkilir

“Hababam sinfi” yenidən çəkilir

5-09-2018, 10:01
Oxunub: 3 456 “Hababam sinfi” yenidən çəkilirMəşhur "Hababam sinfi" kinolar silsiləsinə daha biri əlavə ediləcək.

Bolgexeber.com axşam.az-a istinadən bildirir ki, yeni çəkiləcək film 2019-cu ildə kinoteatrlarda nümayiş olunacaq.

Yeni ekran işinin rejissoru Doğa Can Anafartan, ssenaristləri isə Evren Ərdoğan və Ayşe Balıbeydir.

Çəkilişləri 6 həftə davam edəcək filmin aktyor heyəti internetdən verilən elan yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, ilk dəfə 1975-ci ildə ekranlaşdırılan "Hababam sinfi" rejissor Ertem Eyilmez tərəfindən yazıçı Rıfat İlqazın romanı əsasında çəkilib. Bundan sonra 1981-ci ilə qədər eyni başlıqda 5 film lentə alınıb.