BolgeXeber.Com » Şou-Biznes » Müğənni Nazənin :"Yoldaşımdan qisas almaq üçün mənə efirlərdə söz atdı"-VİDEO

Müğənni Nazənin :"Yoldaşımdan qisas almaq üçün mənə efirlərdə söz atdı"-VİDEO

5-09-2018, 13:11
Oxunub: 3 967 Müğənni Nazənin :"Yoldaşımdan qisas almaq üçün mənə efirlərdə söz atdı"-VİDEOMüğənni Nazənin verilişlərin birində qonaq olub

UlduzumSan.Az-ın məlumatına görə, ifaçı verilişdə ad çəkmədən uzun müddətdir qalmaqal yaşadığı həmkarı Təranə Qumraldan söz açıb: "Bu, olmamalı idi, amma oldu. Hamı bilir ki, kim-kimdir. İstəmərəm yenə artıq söz danışım. Susuram, çünki insanlar məni, mənim ailəmi, qarşı tərəfi də gözəl tanıyırlar. İndiki zamanda heç nəyi gizlətmək olmur. Mən özümü tamaşaçılarımın gözündən salmaq istəmirəm. Danışsam, gərək mən onu təfsilatı ilə danışım, onda da aləm dəyəcək bir-birinə. Onun mənimlə nə işi ola bilərdi ki. Onun yoldaşımla problemləri oldu. O da yoldaşımdan qisas almaq üçün mənə efirlərdə söz atdı. Mən özümü saxlayıram, danışmayım. Çünki başımın üstündə sahibim, yiyəm var. Ona görə də o barədə danışmaq istəmirəm".
Qeyd edək ki, iki müğənni arasında uzun müddət davam edən qalmaqal məhkəmə ilə nəticələnmişdi. Məhkəmə prosesində Nazənin qalib gəlmişdi.