BolgeXeber.Com » İdman » Bu gün UEFA Millətlər Liqası start götürəcək

Bu gün UEFA Millətlər Liqası start götürəcək

6-09-2018, 10:00
Oxunub: 3 860 Bu gün UEFA Millətlər Liqası start götürəcəkBu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqası start götürəcək.

Trend-in məlumatına görə, I turun oyunları 3 günü əhatə edəcək. D Liqasının III qrupunda yer alan Azərbaycan millisi ilk matçını sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçirəcək.

İlk oyun günündə isə Avropanın müxtəlif ölkələrində 9 görüş baş tutacaq. A Liqasında favoritlərdən sayılan Almaniya və Fransa üz-üzə gələcək. Azərbaycan millisinin yer aldığı D liqasında isə Qazaxıstan–Gürcüstan və Latviya–Andorra oyunları keçiriləcək.

A Liqası

I qrup

6 sentyabr

22:45. Almaniya – Fransa

II qrup

8 sentyabr

20:00. İsveçrə - İslandiya

III qrup

7 sentyabr

22:45. İtaliya – Polşa

IV qrup

8 sentyabr

22:45. İngiltərə - İspaniya

B Liqası

I qrup

6 sentyabr

22:45. Çexiya – Ukrayna

II qrup

7 sentyabr

22:45. Türkiyə - Rusiya

III qrup

8 sentyabr

17:00. İrlandiya - Bosniya və Herseqovina

IV qrup

6 sentyabr

22:45. Uels – İrlandiya

C Liqası

I qrup

7 sentyabr

22:45. Albaniya – İsrail

II qrup

8 sentyabr

20:00. Finlandiya - Macarıstan

22:45. Estoniya - Yunanıstan

III qrup

6 sentyabr

22:45. Sloveniya - Bolqarıstan

22:45. Norveç – Kipr

IV qrup

7 sentyabr

22:45. Litva - Serbiya

22:45. Rumıniya - Montoneqro

D Liqası

I qrup

6 sentyabr

18:00. Qazaxıstan – Gürcüstan

22:45. Latviya – Andorra

II qrup

8 sentyabr

20:00. Belarus - San Marino

22:45. Lüksemburq - Moldova

III qrup

7 sentyabr

20:00. Azərbaycan - Kosovo

22:45. Farer adaları - Malta

IV qrup

6 sentyabr

22:45. Ermənistan - Lixtenşteyn

22:45. Cəbəllütariq - Makedoniya

Yarışın formatı

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. 1 – 12-ci yerlər A, 13 – 24-cü yerlər B, 25 – 39-cu yerlər C, 40 – 55-ci yerlər isə D liqasına düşüblər.

A liqasında 4 qrupun qalibi olacaq kollektivlər 2019-cu ilin iyununda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Burada yarımfinal, 3-cü yer uğrunda matç və final oynanılacaq. B, C və D liqalarının qrup qalibləri isə üst liqaya vəsiqə əldə edəcəklər. A, B və C liqasında sonuncu yeri tutanlar isə aşağı liqaya düşəcəklər.

Daha önəmli məqam isə odur ki, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq “Dördlər finalı”nda müəyyənləşəcək. Burada bir matçdan ibarət yarımfinal və final olacaq.

UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, ölkələr arasındakı münasibətlərə görə Azərbaycan və Ermənistan, eləcə də Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməzlər. Lakin bu ölkələri təmsil edən yığmaların pley-off mərhələsində üz-üzə gəlmələri qaçılmaz olacaq.

Millətlər Liqasının təqvimi

Qrup mərhələsi

I tur: 6 - 8 sentyabr

II tur: 9 - 11 sentyabr

III tur: 11 - 13 oktyabr

IV tur: 14 - 16 oktyabr

V tur: 15 - 17 noyabr

VI tur: 18 - 20 noyabr

Final mərhələsinin püşkü: 2018-ci il dekabrın əvvəli

Final mərhələsi: 5 - 9 iyun 2019-ci il

AVRO-2020-nin pley-off mərhələsinin püşkü: 22 noyabr 2019-cu il

AVRO-2020-nin pley-off mərhələsinin oyunları: 26 - 31 mart 2020-ci il

Mükafat fondu

Millətlər Liqasında iştirak edən 55 ölkənin milli assosiasiyasına ödəniləcək həmrəylik və bonus fondu 76,25 milyon avro təşkil edir. UEFA A, B, C və D liqalarında yer alan yığmalara müvafiq olaraq, 1,5 milyon avro, 1 milyon avro, 750 min avro və 500 min avro olacaq. Bütün liqalarda qrupda birinci yeri tutan komandalar öz mükafatlarını ikiqat artırmış olacaqlar.

2019-cu ilin iyununda A liqasının qrup qalibləri arasında təşkil olunacaq final mərhələsi üçün əlavə mükafat nəzərdə tutulub. Çempion komanda 4,5 milyon avro, finalçı 3,5 milyon avro, 3-cü yerin sahibi 2,5 milyon avro, 4-cü yer isə 1,5 milyon avro əldə edəcək.