BolgeXeber.Com » Şou-Biznes » Nadir Qafarzadə izləyicilərini təhqir etdi: “Hürürlər, amma…

Nadir Qafarzadə izləyicilərini təhqir etdi: “Hürürlər, amma…

6-09-2018, 12:20
Oxunub: 3 595 Nadir Qafarzadə izləyicilərini təhqir etdi: “Hürürlər, amma…“Onlar bizi incitmirlər. Sadəcə olaraq hürürlər, amma dişləyə bilmirlər”.

Minval.info xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə izləyicilərinin ünvanına işlədib. Sənətçi onu sosial şəbəkədə təhqir edənlərə sərt cavab verib:
“Nə edək ki, Allah bizi seçib. Əgər sən uğursuzsansa, bu sənin öz günahındır. Çalış xoş söz de ki, Allah da sənə xoş gün göstərsin. Nə qədər söyüş söysən, Allah da sənə qara gün göstərəcək. Çünki tanrı pis sözləri sevmir. Heç olmasa, 10 mübarək söz de ki, Allah ondan birini eşitsin və sənə uğur nəsib etsin”.

Qafarzadə daha sonra paylaşımını silib.