loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Rusiyada narazılıq artdı: Əhalini Suriya maraqlandırmır...

Rusiyada narazılıq artdı: Əhalini Suriya maraqlandırmır...Rusiyada sosial gərginlik artıb.

Axar.az xəbər verir ki, bunu “Levada Çentr” şirkətinin rəhbəri Lev Qudkov deyib. Onun sözlərinə görə, Rusiyada insanları daha çox qiymət artımı (72%), işsizliyin artması (48%), iqtisadi böhran və gəlirlərin ədalətsiz bölüşdürülməsi (30%) narahat edir:

“Vətəndaşlar orduya, polisə, məmurlara, Suriyada müharibəyə xərclərin artmasını hiss edirlər. Onlar bu məsrəflərin və Qərblə qarşıdurmanın mahiyyətini anlamırlar. Üstəlik, ortaya yeni təqaüd reformları da çıxıb ki, bu, elan edilməmiş ictimai razılaşmanın pozulması deməkdir. Narazılıq dekabrdan artmağa başlayıb. Prezident seçkisi dönəmində (mart) bu narazılıq müəyyən qədər azalıb. Səbəb isə cəmiyyətə vədlərin verilməsi idi. Araşdırmalar göstərir ki, rusları Çeçenistan və Şimali Qafqazdakı teraktlar, QİÇS xəstəliyinin artması, vətəndaş haqlarının məhdudlaşdırılması və hakimiyyət dairələrində konfliktlər daha az narahat edir”.
Bölmə: Siyasət | 06 sentyabr 2018 14:38 | Baxış sayı: 43





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: