BolgeXeber.Com » Fotoqalereya » Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ı Əfqanıstanda çəkib - FOTOLAR

Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ı Əfqanıstanda çəkib - FOTOLAR

17-02-2013, 09:05
Oxunub: 6 892 “Azad Azərbaycan” telekanalında yayımlanan populyar “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bir neçə gündür çətin Əfqanıstan səfərindədir.
Neçə-neçə ailələri, taleləri bir-birinə qovuşduran verilişin yeni çəkilişləri bu dəfə Əfqanıstanın bir neçə şəhərində aparılıb. Bu barədə Xoşqədəm Hidayətqızı özü bildirib.
“O qədər ağır bir səfər oldu ki... Amma mötəşəm tapıntılarla geri dönəcəm, Allahın köməkliyilə”-deyə tanınmış teleaparıcı bildirib.
X.Hidayətyqızının sözlərinə görə, “Səni axtarıram”ın çəkiliş qrupu Əfqanıstanın Kabil, Məzari-Şərif, Qəndəhar şəhərlərində olub.
“Kabil gecəylə gündüzün bilinmədiyi bir yerdi... Qəndəhar isə səfərimizin kulminasiya noqtəsi oldu... Ümumiyyətlə Əfqanıstan nə zaman nə baş verəcəyi bilinməyən bir olkədir.. Çəkilişlərimiz çox ağır keçdi. İnşallah tezliklə vətəndə olacağıq”-deyə X.Hidayətqızı qeyd edib.

Modern.az