BolgeXeber.Com » Xəbərlər » Külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

7-09-2018, 14:53
Oxunub: 2 140 Külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQSabahdan başlayaraq, Azərbaycan ərazisində şimal-qərb küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeron yarımadasında sentyabrın 8-9-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Sentyabrın 9-da gün ərzində şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi sentyabrın 8-9-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.