BolgeXeber.Com » Xəbərlər » Qayınatasını döyən azərbaycanlı dünya çempionu həbs edildi - FOTO

Qayınatasını döyən azərbaycanlı dünya çempionu həbs edildi - FOTO

7-09-2018, 16:15
Oxunub: 2 282 Qayınatasını döyən azərbaycanlı dünya çempionu həbs edildi - FOTOKikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.

Bolgexeber.com bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir. E.Məcidov Azərbaycan Kunq Fu Federasiyasının vitse-prezidentidir.
Qayınatasını döyən azərbaycanlı dünya çempionu həbs edildi - FOTO