BolgeXeber.Com » Dünya » Azərbaycanlı Kanadada nazir oldu

Azərbaycanlı Kanadada nazir oldu

17-02-2013, 15:45
Oxunub: 4 043 Kanada parlamentarisi, əslən azərbaycanlı Rza Moridi Kanadanın ən iri əyalət şəhəri olan Ontarioda elm işləri və innovasiyalar naziri vəzifəsinə təyin edilib.
R.Moridi nüvə energetikası üzrə ixtisaslaşmış peşəkardır. O, İranın azərbaycanlıların məskunlaşdığı Urmiya şəhərində doğulub, lakin artıq 20 ildir ki, Kanadada yaşayır.

Qeyd edək ki, R.Moridi Kanada hakimiyyət orqanlarına seçilən ilk azərbaycanlıdır. Təyinata qədər isə o, Liberallar Partiyasından Ontario dairəsi üzrə seçilməklə, Kanada parlamentində 6 il deputat kimi xidmət göstərib. O, həmçinin Kanada Radiasiya Təhlükəsizliyi İnstitutunun elm və texnologiyalar üzrə vitse-prezidentidir.

O, həm də Azərbaycan diasporunun fəal üzvlərindəndir. Kanadada yaşayan Azərbaycanlılar Cəmiyyəti Kanadadakı azərbaycanlıları həmyerlimizi bu yeni vəzifədə dəstəkləməyə çağırır.
Qeyd edək ki, Kanadada 100 min etnik azərbaycanlı yaşayır.