BolgeXeber.Com » Siyasət » Obama: Amerikalıların acıqlı və qorxu içində olması Trampa sərf edir

Obama: Amerikalıların acıqlı və qorxu içində olması Trampa sərf edir

8-09-2018, 11:17
Oxunub: 2 460 Obama: Amerikalıların acıqlı və qorxu içində olması Trampa sərf edirABŞ prezidenti Donald Tramp amerikalıların inciklik və qorxusundan yararlanır, vətəndaşların acıqlı qalması onun maraq dairəsindədir.

“Report” xəbər verir ki, bunu Ağ evin sabiq rəhbəri Barak Obama İllinoys Universitetində çıxışı zamanı deyib.

"Bu, Donald Trampdan başlamayıb. O, səbəb deyil, nəticədir. O, sadəcə siyasətçilərin illər ərzində yaratdıqları incikliklərdən yararlanır", — deyə Obama bildirib.

Onun sözlərinə görə, hakimiyyətdə olan insanlar üçün amerikalıların "parçalanmış və acıqlı" qalması sərfəlidir.