BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

8-09-2018, 12:24
Oxunub: 2 344 Azərbaycan nefti cüzi ucuzlaşıbAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,02 dollar və yaxud 0,03% azalıb.

Bolgexeber.com xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 77,88 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.