BolgeXeber.Com » Ölkə » İçkini tərgitdikdən sonra həyatımızda baş verən 8 dəyişiklik

İçkini tərgitdikdən sonra həyatımızda baş verən 8 dəyişiklik

8-09-2018, 12:31
Oxunub: 2 821 İçkini tərgitdikdən sonra həyatımızda baş verən 8 dəyişiklikYuxu sistemimizdəki pozğunluqlar aradan qalxır

Alkaqolun sağlamlığımıza zərərlərini çoxumuz bilirik. İçkinin həddi aşıldıqda tez-tez münaqişələrin yaşandığını, dost məclisinin yas məclisinə çevrildiyini çoxumuz eşitmişik.

Bu məqalədə, içkini atdıqdan sonra həyatımızda baş verən dəyişikliklərdən bəhs edəcəyik.

1 Alkoqoliklər içkini atdıqdan sonra səhhətlərində böyük dəyişikliklər hiss edir. Bura mədə bağırsaq sisteminin düzəlməsi, dərinin cavanlaşması, enerjimizin çoxalması və s aiddir.

2 Mental sağlamlığımızın düzəldiyini görərik. Daha az depresiya hissi, daha az təlaş və narahatlıq hissi, daha rahat konsentrasiya olmaq və s aiddir.

3 Yuxu sistemimizdəki pozğunluqlar aradan qalxır.

4 İnsan ayıq olur və qarşısındakını daha yaxşı başa düşür.

5 İçkiyə xərclənilən pul ciblərdə qaldığından iqtisadi baxımdan insan daha rahat olur.

6 İçkiyə xərclənilən vaxta qənaət olunur və insanın özünə və yaxınlarına daha çox vaxt ayırmasına kömək edir.

7 Bəzi insanlar problemlərə görə içki içir. İçkini tərk etdikdən sonra insan problemlərini daha yaxşı təhlil edə və onların pis və yaxşı tərəflərini görə bilir.

8 İçkiyi tərk etmiş insanlar təzədən içki içdikdə az içkilə kifayətlənə bilirlər. Artıq içdikdə özlərini pis hiss edirlər.minval.İnfo