BolgeXeber.Com » Siyasət » Azərbaycanin Rumıniyadaki səfirliyinin mühafizəsi gücləndirilib

Azərbaycanin Rumıniyadaki səfirliyinin mühafizəsi gücləndirilib

17-02-2013, 15:55
Oxunub: 3 958 Rumıniya parlamentində Xocalı soyqırımının 21 - ci ildönümü öncəsi Azərbaycan xalqını sevindirən bir bəyanat qəbul edilib. “Rumıniya parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunan siyasi bəyanat olduqca əhəmiyyətlidir”. Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov bildirib. Səfir həmin bəyanatın detallarını da izah edib.
Bəyanatın mətnində birmənalı şəkildə qeyd olunub ki, Rumıniya parlamenti bu qətliamı təkcə tanımaqla kifayətlənmir, eyni zamanda həm BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının, həm də Xocalıda günahsız mülki əhaliyə qarşı törədilən soyqırımın beynəlxalq cinayət kimi tanınmasını tələb edir. Bəyanatın ən əhəmiyyətli tərəfi bundan ibarətdir.

Eldar Həsənov hesab edir ki, diplomatiyamızın bu uğuru və Fransadan sonra Avropada erməni diasporunun ən güclü olduğu bir dövlətdə ermənilərə diplomatik qulaqburması verilməsi onun deyil, Azərbaycan prezidentinin düşünülmüş uğurlu xarici siyasətinin nəticəsidir:

“Etiraf edək ki, bu uğurda əsas pay sahibi məhz cənab prezidentdir və bir az da dərinə getsək, prezidentin uzaqgörən siyasəti, şəxsi nüfuzu bu məsələdə həlledici faktor olub”.

Səfir onu da deyib ki, Rumıniya parlamentində erməniləri şoka salan siyasi bəyanatın qəbulundan sonra Azərbaycanın Buxarestdəki diplomatik missiyasının mühafizəsi gücləndirilib.

“Ermənistanın dini liderlərinin hamısının Buxarest əsilli olması və Rumıniyadan getmələri faktdır və etiraf edək ki, onlar bizdən qabağa gedərək hökumətdə, parlamentdə, senatda təmsil olunurlar. Təsəvvür edin ki, onların oturduqları salonda bu bəyanat qəbul olunub. Dost Rumıniya dövləti həmin bəyanatın qəbulundan 3 gün öncə səfirlik əməkdaşlarının təhlükəsizliyi üçün bütün gərəkli tədbirləri görüb. Düşünürəm ki, narahatçılığa əsas yoxdur və erməni diasporu, onun Daşnaksütun qanadı da daxil, hər şeyi yaxşı bilirlər. Biz Rumıniyada bir - birimizi yaxşı tanıyırıq. Bir sözlə, onlar da anlayır ki, ayıdan qorxan meşəyə girməz...”