BolgeXeber.Com » Xəbərlər » Sinoptiklər yağışlı hava vəd edirlər

Sinoptiklər yağışlı hava vəd edirlər

8-09-2018, 15:46
Oxunub: 3 752 Sinoptiklər yağışlı hava vəd edirlərSabah, sentyabrın 9-da, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 19-22°, gündüz 26-30° isti, Bakıda gecə 20-22°, gündüz 27-29° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Abşeron çimərliklərində gözləilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 9-da hava əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti təşkil edəcək.