BolgeXeber.Com » Xəbərlər » "Tonqal"dakı kütləvi zəhərlənməyə görə bir nəfər həbs olundu

"Tonqal"dakı kütləvi zəhərlənməyə görə bir nəfər həbs olundu

8-09-2018, 16:47
Oxunub: 6 122 "Tonqal"dakı kütləvi zəhərlənməyə görə bir nəfər həbs olunduXəbər verildiyi kimi, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən "Tonqal" restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb

Bakı Şəhər Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.