BolgeXeber.Com » Xəbərlər » Zərdabda yol tikintisinə 1,32 milyon manat ayrılıb-SƏRƏNCAM

Zərdabda yol tikintisinə 1,32 milyon manat ayrılıb-SƏRƏNCAM

8-09-2018, 18:21
Oxunub: 13 747 Zərdabda yol tikintisinə 1,32 milyon manat ayrılıb-SƏRƏNCAMPrezident İlham Əliyev sentyabrın 8-də “Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab–Qaravəlli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 1,32 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.