BolgeXeber.Com » Sosial » Digah qəsəbəsi yeni inkişaf mərhələsini yaşayır

Digah qəsəbəsi yeni inkişaf mərhələsini yaşayır

14-09-2018, 10:55
Oxunub: 14 822 Digah qəsəbəsi yeni inkişaf mərhələsini yaşayırAbşeron rayonu ölkəmizin ən inkişaf etmiş rayonlarından biri kimi özünün xüsusi inkişaf mərhələləri və gözəlliyi ilə seçilir

15 inzibati ərazi dairəsindən (Хırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novхanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarət olan Abşeron rayonunda bu vaxta kimi məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri aparılıb, əhalinin maddi rifahı yaxşılaşdırılıb, sosial problemlərin həlli məsələləri diqqət mərkəzində saxlanılıb. Rayonda məktəblər, tibb müəssisələri tikilib, təmir olunub, xüsusi ecazkarlığı ilə seçilən parklar salınıb.[center]Rayonda bir sıra dövlət qurumlarının yerli şöbələrinə yeni tikilmiş inzibati binalar verilib, küçələr, yollar tamamilə abad hala salınıb. Bütün bunlar dövlət başçısı İlham Əliyevin tapşırıqları ilə həyata keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun inkişafı üçün bir dövlət məmuru kimi əlindən gələni əsirgəmir. Vətəndaşların səyyar qəbulu keçirilir, onların problemləri dinlənilir. Rayon sakinlərinin qaldırdığı problemlər rayon rəhbərliyi tərəfindən yerindəcə həll edilir, həlli mümkün olan digər məsələlər də araşdırılması üçün aidiyyatı qurumlara tapşırılır. Abşeron rayonuna daxil olan bütün qəsəbə və kəndlər yeni imic qazanıblar, bu kənd və qəsəblərin hər birində mühüm işlər görülüb. Eləcə də Digah kəndində…
Digah qəsəbəsi yeni inkişaf mərhələsini yaşayır
Digah kəndində bir neçə layihə reallaşdırılıb, kənddə layihə üzrə su boru xətləri istismara verilib. Ən başlıcası son zamanlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə yanaşı Bakı kəndləri və ətraf qəsəbələrin inkişaf proqramı da hazırlanmışdır. Bu proqrama Digah kəndi də daxil olmaqla Bakı kəndləri və qəsəbələrinin yeni inkişafı mərhələsinin başlanğıcı olacağına əminlik yaradır. Elə bu baxımdan Abşeron kəndlərinin sosial vəziyyəti yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı proqramı Digah kəndinin əhalisinin də həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.
Digah qəsəbəsi yeni inkişaf mərhələsini yaşayır
Digah kəndində yerləşən müvafiq dövlət qurumlarının nümayəndələri də xalqa ləyaqətlə xidmət edirlər. Eləcə də icra hakimiyyəti başçısının Digah qəsəbəsi üzrə nümayəndəsi Rövşən Rüstəmov. R.Rüstəmovun da bir məmur kimi qarşısında duran əsas məqsəd Digah kəndinin inkişafına töhfə verməkdir. İnsanlarla xoş rəftar, onlara xüsusi qayğı və diqqətlə yanaşmaq hər birimizin borcudur.