BolgeXeber.Com » Analitika » Turan İbrahimov nə etmək istəyir?

Turan İbrahimov nə etmək istəyir?

11-03-2011, 11:10
Oxunub: 6 336 Keçmiş maqazin jurnalistinin iqtidarı müdafiə cəhdləri əks-effekt verir

Artıq bir müddətdir ki, tamaşaçılara maqazin proqramlarının aparıcısı kimi tanış olan, sonuncu dəfə isə ANS-in “Günəbaxan” verilişində görünən Turan İbrahimov ciddi cəhdlə siyasi fəaliyyətlə məşğul olmaq istəyir. Son parlament seçkilərinə qatılıb məğlub olduqdan sonra belə bu istəyindən əl çəkməyən T.İbrahimov müxtəlif mətbu orqanlarda “köşə yazıları” ilə çıxış edir. Ancaq təəssüf ki, Turan İbrahimovun ömrünün şüurlu kəsiminin böyük bir hissəsini həsr etdiyi maqazin jurnalistikası onun bütün yazı və çıxışlarını ciddilikdən məhrum edib. Əslində adı çəkilən şou-biznes jurnalistinin imzasıyla müxtəlif internet saytlarında yayılan qırıq-qırıq cümlələrə yazı, köşə deməklə, illərin ciddi yazarlarına qarşı sayğısızlıq etmiş oluruq. Ancaq məsələ burasındadır ki, Turan İbrahimov çox ciddi şəkildə yazarlığa iddia edir, baxmayaraq ki, “yazı”larındakı bir abzasda maqazinçi karyerası boyunca tanıdığı bütün manısların sayı qədər səhv tutmaq olar. Bunu onun yazılarına yazılan “get işinlə məşğul ol, sən nə vaxtdan siyasətdən yazırsan”, “sənin yerin müğənnilərin yanıdır” kimi yüzlərlə şərh də sübut edir.

Son günlər isə T.İbrahimov bir qrup hərdəmxəyal gəncin sosial şəbəkələrdə apardıqları qeyri-ciddi təbliğatla bağlı gündəmə gəlib. Maraqlıdır ki, ANS-in “Günəbaxan”da kəskin “tənqid”ləri ilə yadda qalan İbrahimov bu dəfə hakimiyyətin “müdafiəçisi” rolunda çıxış edir. Lakin yuxarıda qeyd etdiyimiz səbəblər, o cümlədən Turanın siyasi fəaliyyətdə olduqca naşı olmasından dolayı verdiyi “ikibaşlı” açıqlamalar əks effekt verməyə başlayıb. İndi bir çoxları Turanın fəaliyyətini hakimiyyəti müdafiədən daha çox, iqtidarı gözdən salma kampaniyası kimi qiymətləndirir. Ölkənin müxalifət qəzətlərinin Turanın fəaliyyətinə verdiyi qiymət də təxminən belədir: “Hakimiyyət xalqın qarşısına “Günəbaxan” Turanla çıxdı”.

Bu isə hakimiyyətin uğurlu siyasətini ölkə gənclərinə və ümumilikdə Azərbaycan vətəndaşlarına çatdırılması üçün fəaliyyət göstərən bir çox istedadlı, təcrübəli siyasilərin işinə kölgə salır və ölkə rəhbərliyinin gördüyü real işlərin təbliğatında ümumi məqsədə zərər vurur.

Əslində bu təəssüratın yaranmasını şərtləndirən bir sıra ciddi səbəblər var ki, onların yalnız ikisini diqqətinizə çatdırırıq.

1. T.İbrahimov “Facebook”da “11 mart-Böyük xalq günü”nə qarşı “11 Mart – “Böyük Xalq Gününə” etiraz – İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək” səhifəsi yaradıb. Maraqlıdır ki, səhifənin yaranmasından artıq bir xeyli müddət keçsə də, 10 mart tarixinə qədər səhifəyə cəmi 252 nəfər üzv olmuşdu. İlham Əliyevin fəaliyyətini “Facebook”da minlərlə şəxs dəstəklədiyi halda zəif təbliğat və səhifə yaradıcısının imici bu rəqəmin böyüməsinə imkan vermir. Ki, bu da ölkə iqtidarı adına yumşaq desək yaxşı hal deyil və belə həssas məqamda opponentlərin əlinə ciddi əsaslar verir.

Digər maraqlı məqam isə bu səhifədə ölkə rəhbərliyinin yeritdiyi uğurlu siyasətin təbliğatından daha çox, hakimiyyətin ünvanına kəskin tənqidlərin yazılmasıdır. Səhifənin adminləri isə bu tənqidlərə arqumentli cavab vermək, iqtidarın siyasətini əsaslı şəkildə təbliğ etmək əvəzinə, yalnız həmin tənqidləri silməklə məşğul olur. Bu da təbii ki, İlham Əliyevin adına açılan səhifəyə qeyri-ciddilik gətirən səbəblərdəndir.

2. Daha bir mühüm məqam isə T.İbrahimovun 11 mart hadisələri ilə bağlı iqtidarı müdafiə edən tərəf kimi “Azadlıq” radiosundakı çıxışı və onun ciddi narazılıqlar doğurmasıdır. Bu mövzunu çox şərh etmədən, T.İbrahimovun iqtidarı müdafiə adı altında etdiyi həmin çıxışından bəzi məqamları və oxucu rəylərini təqdim edir və nəticə çıxarmağı sizin öhdənizə buraxırıq.
Turandan sitatlar:
- «Mən deməzdim ki, bu gün gənclər üçün ideal, bizim arzuladığımız, hədəfimizdə olan xəyal etdiyimiz hər cür şərait, hər cür imkan var».
- «Həbslər dünyanın hər yerində var».
Oxucu rəyləri:
- «Bizim gənclərin intellektual səviyyəsi deqradasiyaya doğru gedir»
Turan, nə qədər ki, sizin kimiləri televiziyaya çıxıb şit-şit verilişləri gənclərə sırımaq istəyirlər, deqradasiya qaçılmazdır.
Ayıb olsun! Düzünü desəm sizdən bundan artığını da gözləmirdim
-E bu ANS-də atılıb düşən deyil? Ay bala ağlını başına topla, get işinlə məşğul ol. Sonra yazıq YAP-çıları Müsavatın lağ obyektinə çevirirsən. İndi də deyəcəklər ki, gör nə gündəsiniz ki, atılıb-düşənin ümidinə qalmısız.
- TURAN – SAVADSIZDIR. TURANIN HƏYAT TƏCRÜBƏSİ SIFIRDIR. BU ADAM SPACE DƏ ÇARDAQDA GƏZƏNLƏRDƏN İDİ )))
ANS DƏ EFİR VERDİLƏR. VƏ ONLARA BELƏSİ LAZIM İDİ. DANIŞDIĞININ FƏRQİNƏ VARMAYAN VƏ MƏSULLİYYƏTİ DƏRK ETMƏYƏN BİRİNƏ. BU DA AĞZINA GƏLƏNİ DANIŞIRDI, ANS REKLAM QAZANIRDI. DEPUTAT DA EDƏ BİLMƏDİLƏR. TURAN SEÇKİ ZAMANI DEYİRDİ Kİ MƏMURLAR RÜŞVƏTXORDUR ))) İNDİ BAŞQA SÖZ DEYİR. TURAN ÜMUMİYYƏTLƏ GƏNCLİYİN ADINDAN DANIŞA BİLMƏZ. GEDİB KİTAB OXUSUN. ŞÜVƏNLİYİNƏ BAX DA BU NİYƏ JURNALİST OLUR. BU HEÇ NORMAL APARICI DEYİL. SADƏCƏ BUNU EFİRƏ ÇAĞIRMAQLA ONUN İÇ ÜZÜNÜ TANITDIRDILAR. BİR İKİ SÖZÜ DƏ ANS-DƏN ÖYRƏNİB ) BU ADAMIN NİTQİ DƏ YOXDUR. YAZIQ İNSANDIR BU

P.S. Məsələyə tamam başqa aspektdən yanaşsaq və Turan İbrahimovun “uğurlu siyasi fəaliyyət”inin hakimiyyətə nə dərəcədə lazım olub-olmadığını analiz etsək, haqqında danışdığımız şəxs üçün heç də sevindirici mənzərə yaranmayacaq. Çünki kifayət qədər intellektual və siyasi dərrakəsi güclü olan dövlət adamları və siyasətçilərdən təşkil olunmuş Azərbaycan hakimiyyətinin ölkə gəncləri ilə bağlı siyasətini dəstəkləməyə, həmçinin, bu siyasətin gənclərin fəaliyyətinə nə kimi müsbət məqamlar bəxş etdiyini cəmiyyətə çatdırmağa yetəri qədər siyasi istedadı olan gənc var. Və bu gənclərin fəaliyyətləri fonunda Turan İbrahimovun arqumentsiz, ifrat ura-patriotizm qoxan çıxışları ikrah və gülüş doğurur.
/ QayNar.info/