BolgeXeber.Com » İdman » Millimizin növbəti sınağı

Millimizin növbəti sınağı

10-09-2018, 09:49
Oxunub: 3 230 Millimizin növbəti sınağıBu gün millimiz UEFA Millətlər Liqasında növbəti oyununa çıxır.

Bolgexeber.com -un məlumatına görə, Azərbaycan yığması turnirin qrup mərhələsi çərçivəsində səfərdə, "Ta Qali" stadionunda Maltanın qonağı olacaq.

Matçı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşma "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, millimiz Millətlər Liqasının birinci tutu çərçivəsində Bakıda Kosova komandası ilə qolsuz bərabərə qalmışdı.