BolgeXeber.Com » Şou-Biznes » Baloğlan Əşrəfovdan ağır cavab: “Məni məhkəməyə verməyənin...”

Baloğlan Əşrəfovdan ağır cavab: “Məni məhkəməyə verməyənin...”

10-09-2018, 11:47
Oxunub: 4 300 Baloğlan Əşrəfovdan ağır cavab: “Məni məhkəməyə verməyənin...”“Konsertdən evimə bir manat da olsun, pul aparmamışam”.

Bunu AzNews.az-a açıqlamasında əməkdar artist Baloğlan Əşrəfovun “Yaşıl” teatrda keçirdiyi konsetinin təşkilatçısı “Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttabın ittihamlarını cavablandırarkən deyib.

“Əvvəlcə onu deyim ki, konsert möhtəşəm keçdi. Samir Xəttaba gəlincə, o, fırıldaqçıdır. Ayıb olsun ona. Zalda 1000-dən çox tamaşaçı olub. Mənə bir manat da olsun, pul verməyib, özü də aradan çıxıb. Amma mən insanlar üçün oxumuşam. Samir konsert günü orada olmayıb. Orada olmayan təşkilatçı neçə danışa bilər? Konsertlə bağlı heç bir reklam kampaniyası qurmayıb, ancaq “qara” piar aparıb. Konsertə rayonlardan, başqa bölgələrdən də tamaşaçı gəlmişdi. 3 saata yaxın oxumuşam. Kiminsə sifarişini yerinə yetirib, heç kimdən bir manat almamışam. Samir deyib ki, məhkəməyə verəcək. Kimi verəcək? Sən mənə bir manat vermisən? Hansı haqla məhkəməyə verə bilərsən? Məni məhkəməyə verməyənin... Neyləyir eləsin, bir dön arxana bax, gör nə boyda qüsurların var”.

Qeyd edək ki, əməkdar artist Baloğlan Əşrəfov “Yaşıl” teatrda konsert verib. “Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttabı Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığının ona aid olmamasını və biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edildiyini vurğulayıb.