BolgeXeber.Com » İqtisadiyyat » “Türkiyə iqtisadiyyatında vəziyyət sabitləşir”

“Türkiyə iqtisadiyyatında vəziyyət sabitləşir”

10-09-2018, 17:55
Oxunub: 2 353 “Türkiyə iqtisadiyyatında vəziyyət sabitləşir”Türkiyədən ixracın həcmi və turizmdən gəlirlər ölkə iqtisadiyyatının artım tempinə uyğun olaraq müsbət meyl nümayiş etdirib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xəzinə və maliyyə naziri Berat Albayraq deyib.

O, bu barədə 2018-ci ilin II rübündə qeydə alınmış 5,2%-lik iqtisadi artımı şərh edərkən danışıb.

“Statistik göstəricilər Türkiyə iqtisadiyyatında vəziyyətin tədricən sabitləşdiyini göstərir”, - deyə o, qeyd edib.