loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Millimiz Maltaya qalib gələ bilmədi - VİDEO

Millimiz Maltaya qalib gələ bilmədi - VİDEOFutbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında II tur matçına çıxıb.

"Report"un Maltaya ezam olunmuş müxbiri xəbər verir ki, milli komanda D Liqasında 3-cü qrupun oyununda Maltanın qonağı olub. Ta Qali Milli Stadionunda keçirilmiş görüş bərabərliklə nəticələnib - 1:1. Hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Andrey Acus açıb. O, Bədavi Hüseynovun cərimə meydançası daxilində rəqib futbolçuya etdiyi kobudluqdan sonra penaltini dəqiq yerinə yetirib. Azərbaycan millisi bərabərlik qolunu 26-cı dəqiqədə vurub. Riçard Almeydanın vurduğu cərimə zərbəsindən sonra rəqib qapıçı Endryu Hoqq topu qaytarsa da, Təmkin Xəlilzadə təkrar zərbə ilə fərqlənib. Bu, "Qəbələ"dən dəvət almış cinah oyunçusunun millidə ilk qolu olub. Xəlilzadə yığmada fərqlənən 62-ci futbolçu kimi tarixə düşüb.

Bundan az sonra qonaq komanda daha bir zərbə alıb. Sağ cinahda çıxış edən Pavlo Paşayevin qarşısı kobudluqla alınıb. Nəticədə Paşayev zədələnərək, oyuna davam edə bilməyib. O, 34-cü dəqiqədə yerini Ürfan Abbasova verib. Digər əvəzləmələr isə fasilədən sonra gerçəkləşdirilib. 56-cı dəqiqədə Cavid İmamverdiyev Emin Mahmudovu, 68-ci dəqiqədə Ramil Şeydayev Rauf Əliyevi əvəzləyib.

Kosovo ilə ilk tur matçında olduğu kimi, bu dəfə də Azərbaycan millisi ikinci hissədə daha fəal təsir bağışlayıb. Baş məşqçi Qurban Qurbanov ötən oyunla müqayisədə start heyətdə etdiyi 3 dəyişiklik - Ürfan Abbasovu Təmkin Xəlilzadənin, Ruslan Qurbanovu Dmitri Nazarovun, Ramil Şeydayevi isə Rauf Əliyevin əvəzləməsi də öz sözünü deyib. Heyət daha çox hücumameylli oyunçulardan qurulsa da, çoxsaylı hücumu məntiqi sonluğa çatdırmaq mümkün olmayıb. Beləliklə, ardıcıl ikinci görüşdə qələbə qazanmaq mümkün olmayıb.

Bu nəticədən sonra Azərbaycan millisi xallarını 2-yə çatdırıb və paralel oyunda Kosovonun Farer adalarını məğlub etməsi səbəbindən 3-cü pilləyə enib. Kosovo 4 xalla 1-ci pilləyə yüksəlibsə, Farer adaları 2-ci pilləyə enib. 1 xala malik Malta isə sonuncudur.

Qeyd edək ki, qarşılaşmanı AFFA-nın prezidenti Rövnəq Abdullayev başda olmaqla, milli assosiasiyanın rəsmiləri, eləcə də bir qrup azərbaycanlı azarkeş də izləyib.

UEFA Millətlər Liqası

D Liqası, 3-cü qrup

II tur

22:45. Malta – Azərbaycan - 1:1

Qollar: Andrey Acus, 10 (p.) - Təmkin Xəlilzadə, 26

Baş hakim: Nikola Dabanoviç

Yan xətt hakimləri: Milutin Cukiç, Yovitsa Tatar

Dördüncü hakim: Aleksandar Cikanoviç

Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (hakimlər briqadası Montoneqrodandır)

Hakim-inspektor: Luk Vilymas (Lüksemburq)

UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)

Malta. Ta Qali Milli stadionu.

Bölmə: İdman | 11 sentyabr 2018 09:32 | Baxış sayı: 33





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: