BolgeXeber.Com » Siyasət » Tramp sehirli çubuğundan danışdı

Tramp sehirli çubuğundan danışdı

11-09-2018, 12:32
Oxunub: 2 304 Tramp sehirli çubuğundan danışdıABŞ prezidenti Donald Tramp ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) artımının 4 faizə çatdırılacağına inandığını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb:
“Obama deyirdi ki, ÜDM-in 4 faizlik artımına nail olmaq üçün prezident Trampa sehrli çubuq lazımdır. Düşünürəm ki, sehrli çubuğum var. 4,2 faiz və biz indikindən daha çox nailiyyət əldə edəcəyik. İndi başlamışıq”.