BolgeXeber.Com » Müsahibə-Reportaj » “Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR

“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR

11-09-2018, 12:42
Oxunub: 33 324 “Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR"Boyum 1.65 santimetr, çəkim isə 53 kiloqramdır"

BAKU.WS-in budəfəki müsahibi keçmiş model, 22 yaşlı biznes-ledi Sevinc Türkməndir.

– Özünüzü oxucularımıza təqdim edin…
– Türkmənova Sevinc. 1996-cı ildə Türkmənistanda anadan olmuşam. Babamın babasının adı Türkmən olub. O, dünyasını dəyişəndən sonra adını soyad kimi götürmüşük.

– Boyunuz, çəkiniz…

– Boyum 1.65 santimetr, çəkim isə 53 kiloqramdır.


– Neçənci ildə Bakıya gəlmisiniz, hansı səbəbdən?

– Anam azərbaycanlıdır və orada çox yaşaya bilmədiyinə görə buraya gəldik.

– Model sənətinə necə başladınız?

– 3 il bundan əvvəl həvəsim yarandı və model sənətinə gəldim. Hazırda model kimi fəaliyyət göstərmirəm. Biznes-ledy olmuşam və şəxsi model yarışmam var.
“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR

– Valideynlərinizin reaksiyası necə oldu?

– 3 il bundan əvvəl narazı idilər, amma get-gedə öyrəşdilər.

– Model sənətinə psixoloji baxımdan tab gətirmək çətin deyilmi?

– Dəhşətli dərəcədə çox çətindir.


– 90-60-90 hələ də dəbdədir?

– Məncə, yox, dəbdə deyil. Ümumiyyətlə, Azərbaycanda arıq, incə-mincə qızlara nə dəyər verirlər, nə də model kimi baxırlar. Kim toppuşdursa, o model sayılır. Əslində, “Venera” model agentliyinin elə modelləri var ki, gözəl bədən quruluşuna malikdirlər, sadəcə olaraq, onlara dəyər verən yoxdur.

– “Miss Queen 2018” müsabiqəsinin layihə rəhbərisiniz. Necə oldu ki, bu layihəni ərsəyə gətirdiniz?

– Mənə elə gəldi ki, gözəllik müsabiqəsi keçirməliyəm. Gəncləri, model qızları irəliyə aparmağı özümə borc billirəm.

– “Bir axşam” verilişində hansısa tamaşaçını açdığınız qutu ilə sevindirə bilmisiniz?

– İki dəfə olub. Tək mənim yox, başqa qızların da açdığı qutular tamaşaçıları sevindirirdi.

“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR

– Verilişində ən yaddaqalan hadisə nə olub?

– Verilişdə aparıcıdan küsmüşdüm.

– Başqa hansı istedadınız var?

– Rəsm çəkə bilirəm, aktrisalığı bacarıram.

– Özünüzü aktrisa, aparıcı kimi sınamaq istərdiniz?

– Əlbəttə, çox istəyirəm və bunun üzərində çalışıram. İnşallah gələcəkdə böyük layihələr olacaq.


– Pəhrizə əməl edirsiniz? Hansı təamlara üstünlük verirsiniz?

– Xeyr, pəhriz saxlamağıma ehtiyac yoxdur. Çəkim azdır. Acı olmayan, duzsuz, yağsız yeməkləri çox sevirəm.

– Şəxsi həyata vaxt qalırmı?

– Qalır, şəxsi həyatıma çox vaxt ayırıram.

– Sözsüz ki, sizin kimi gözəl, baxımlı xanımın çoxlu pərəstişkarları var. Tez-tezmi sevgi təklifləri alırsınız?

– Hal-hazırda 2 illik münasibətdə olduğum insan var.

– Azərbaycanda modellər tanınmaq üçün soyunur. Belə bir işə imza atarsınız?

– Ümumiyyətlə, bu fikir mənə çatmır. Modelsənsə, soyuna bilərsən, normal bir şeydir və buna hər kəs yaxşı baxmalıdır. Əgər gözəl, qüsursuz bədənin varsa, niyə də bunu göstərməyəsən. Pis baxmaq lazım deyil.

– Bizdə əxlaq anlayışı daha çox geyimlə ölçülür, Avropada isə daha başqa dəyərlərə söykənir. Sevinc Türkmən üçün əxlaq anlayışı nədir?

– Əxlaq anlayışı, məncə, ilk növbədə insan olmaqdır, başqa heç nə. İnsan olub sadəcə öz həyatınla maraqlanmaqdır.


– “Instagram” fotolarınıza baxanda gördüm ki, cəsarətli geyimlərinizlə seçilirsiniz. Heç şərh bölməsini də bağlamamısınız. Neqativ şərhlərə münasibətiniz necədir?

– Ümumiyyətlə, mənim şəkillərimə neqativ şərhlər gəlmir. Bir-iki dənə gələndə də silirəm. Heç vaxt məni təhqir etməyiblər.

– Bir az etikadan kənar səslənsə də, deyirlər ki, Azərbaycanda modellər pul qarşılığında kimlərləsə görüşürlər. Onlara münasibətiniz necədir?

– Bu fikirlə razı deyiləm. Hər model fahişə deyil.
“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR

– Azərbaycanda model olmağın çətinlikləri nələrdir?

– Ümumiyyətlə, Azərbaycanda nəyəsə sahib olmaq istəyirsənsə, bu çox çətindir. Bunu əminliklə deyirəm. Bir çox yollardan keçməlisən.

– Gələcək planlarınız…

– İnşallah müəllifi olduğum layihəni daha da genişləndirmək və böyük işlər görmək istəyirəm.
“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR
“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR
“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR
“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR
“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR
“Hər model fahişə deyil” – 22 yaşlı Sevinc Türkmən – FOTOLAR