BolgeXeber.Com » Siyasət » Prezident İlham Əliyevdən dini icmalarla bağlı

Prezident İlham Əliyevdən dini icmalarla bağlı

11-09-2018, 18:41
Oxunub: 3 339 Prezident İlham Əliyevdən dini icmalarla bağlı Prezident İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna dörd yüz min manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.