BolgeXeber.Com » Siyasət » ATƏT-in Baş katibi Azərbaycana səfərə gəlib

ATƏT-in Baş katibi Azərbaycana səfərə gəlib

12-09-2018, 10:18
Oxunub: 3 513 ATƏT-in Baş katibi Azərbaycana səfərə gəlibAvropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycanda səfərdədir.

Bolgexeber.com-un məlumatına görə, bu gün Baş katibin ölkə rəsmiləri, eləcə də XİN-də görüşləri nəzərdə tutulur. Bundan başqa, ATƏT-in Baş katibinin Ələtdə limanı ziyarət edəcəyi də gözlənilir.

T.Qreminger həmçinin ADA Universitetində mühazirə ilə çıxış edəcək.