BolgeXeber.Com » Xəbərlər » Fədayə Laçın həbsxana həyatından danışdı

Fədayə Laçın həbsxana həyatından danışdı

12-09-2018, 17:46
Oxunub: 2 172 Fədayə Laçın həbsxana həyatından danışdıXüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb.

Minval.İnfo xəbər verir ki, o, bu gün keçirilən məhkəmə iclasına gətirilib.

Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub. O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib:

“Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”.

O, saxlanma şəraitindən narazılıq etməyib.