BolgeXeber.Com » Müsahibə-Reportaj » Nura Suri: Səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir?

Nura Suri: Səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir?

13-09-2018, 10:37
Oxunub: 4 318 Nura Suri: Səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir?Azərbaycan teleməkanında yayımlanan verilişlər və aparıcıları tənqid edənlər sırasına müğənni Nura Suri də qoşulub.

Oxu.Az xəbər verir ki, müğənni bu haqda “Facebook” hesabında kəskin fikir bildirib.

O, efir məkanında olan bəzi aparıcıları “biabırçı” adlandırıb:

“Azərbaycanda aparıcı qıtlığıdır? Nə olub, hər yerindən duran veriliş aparır. Ayıbdır! Peşəsinin mənbəyi bəlli olmayanlar bütün günü efirdədir. Belə biabırçılıq olar? İncəsənət Universitetinin hər il yüzlərlə tələbəsi işsiz qala-qala hərə bir tanışını seriala, filmə çəkir. Bu, nə dəbdir? Bütün psixoloji xəstələri məclislərə dəvət edir, sonra da məzələnib videolarını çəkərək paylaşırlar.

Mənası nədir? Məqsədiniz nədir, ay hörmətli insanlar? Ay özünə hörmət edən “jurnalistlər”, siz niyə belələrini təbliğ edirsiniz? Hələ peşəkar aparıcıları demirəm...

Belələrini niyə efirə dəvət edirsiniz? Nə yapışmısınız reytinq sözündən? Bu, nə bəhanədir? Belə səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir? Adamın köçüb adada yaşamağı gəlir. Bəsdirin də, zövqsüzlüyü, ağılsızlığı, pozğunluğu təbliğ etmək olar?!”
Qeyd edək ki, Nura Suri zaman-zaman öz tənqidləri ilə medianın gündəminə gəlir.