BolgeXeber.Com » Müsahibə-Reportaj » "Bəzən məktəb rəhbərliyi nizam-intizamsız şagirdlərdən canını qurtarmaq üçün bunu bilərəkdən edir"

"Bəzən məktəb rəhbərliyi nizam-intizamsız şagirdlərdən canını qurtarmaq üçün bunu bilərəkdən edir"

13-09-2018, 12:14
Oxunub: 3 641 "Bəzən məktəb rəhbərliyi nizam-intizamsız şagirdlərdən canını qurtarmaq üçün bunu bilərəkdən edir"Son zamanlar şagirdlərin imtahandan kəsilməsi, sinifdə saxlanılması ilə bağlı şikayətlərin sayı artıb. Bəs bu məsələlərdə valideyn şikayət etməkdə haqlıdırmı?

Təhsil eksperti Nadir İsrafilov Moderator.az-a açıqlamasında bildirdi ki, bu kimi hadisələrin araşdırılmasına ehtiyac var:

"Təhsildə elə bir qanun yoxdur ki, şagird imtahandan kəsilməsin. Şagirdin imtahandan kəsilməsi sıradan bir haldır. Burda bəzən məktəb rəhbərliyi nizam-intizamsız şagirdlərdən canını qurtarmaq üçün bunu bilərəkdən edir. Övladlarının hərəkətlərinə görə valideynlərə də xəbərdarlıq edilir. Bunun da səbəbi araşdırılmalıdır. Əgər valideyn hiss edirsə ki, ona qarşı haqsızlıq var, bununla bağlı müvafiq təhsil orqanlarına müraciət edə bilər. Hansısa şagirdin imtahandan kəsilməsi, sinifdə saxlanılması nə onun valideyninə, nə də dövlətə heç nə vermir. İmkan daxilində məktəb öz şagirdinə sistemli bilik verməlidir. Təhsil haqqında qanunda müəllimin də, şagirdin də, valideynin də vəzifəsi müəyyən edilib. Amma təəssüflər olsun ki, bu kimi xoşagəlməz hallar baş verir. Belə nizam-intizamsız uşaqları digər məktəblər də qəbul etmək istəmir. Bu da sonda həmin şagirdin təhsilinin yarımçıq qalması ilə nəticələnir"