BolgeXeber.Com » İqtisadiyyat » Rusiyaya qarşı sanksiyalar uzadıldı

Rusiyaya qarşı sanksiyalar uzadıldı

13-09-2018, 12:16
Oxunub: 2 361 Rusiyaya qarşı sanksiyalar uzadıldıAvropa İttifaqı (Aİ) Şurası Ukrayna münaqişə ilə əlaqədar olaraq Rusiyaya qarşı tətbiq olunan fərdi sanksiyaların daha 6 ay müddətinə uzadılması barədə qərar qəbul edib

AzVision.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Qeyd olunur ki, Rusiyaya münasibətdə tətbiq olunan fərdi məhdudlaşdırıcı tədbirlər 2019-cu ilin 15 martınadək uzadılıb.

Ukrayna separatçılarının “Donetsk Xalq Respublikası”nın 31 avqustda qətlə yetirilən lideri Aleksandr Zaxarçenkonun adı fərdi sanksiyalar siyahısından çıxarıldığına görə, Aİ-nın Rusiyaya qarşı sanksiyaları 154 fiziki şəxs və 44 təşkilatı əhatə edəcək.

Aİ-nın sənədində vurğulanır ki, həmin hüquqi və fiziki şəxslər Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü pozublar və təhdid ediblər.

Qeyd edək ki, hazırda Rusiyaya qarşı Aİ-nın bir neçə sanksiyalar paketi qüvvədədir. Bu sanksiyalara iqtisadi, fərdi və Krımın ilhaqı səbəbindən ayrıca məhdudiyyətlər daxildir.