BolgeXeber.Com » Siyasət » İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib

İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib

13-09-2018, 16:22
Oxunub: 2 717 İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bolgexeber.com-un xəbərinə görə, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirilib, Aviqdor Libermanın ölkəmizə səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub.

Söhbət zamanı Azərbaycanda digər icmalarla yanaşı, yəhudi icmasının nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub, onların ölkəmizin ictimai həyatında fəal rol oynadıqları bildirilib.