Tərtərin icra başçısı vakant yerlərə qəbul edilmiş gənc müəllimlərlə görüşdü
13-09-2018, 19:04
Oxunub: 1 652
Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi
Bolgexeber.com xəbər verir ki,görüşü giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açaraq işə yeni qəbul edilmiş müəllimləri təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsi sahəsində işlərində uğurlar dilədi. S.Mirzəyev bildirdi ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 43 nəfər müəllim qəbul edilib. Yeni işə qəbul edilmiş müəllimlərin 33-ü qadın, 10-u isə kişidir.
Rayon təhsil şöbəsinin müdiri S.Mirzəyev vakant yerləri qazanmış gənc müəllimləri təqdim etdi.
Rayon rəhbəri yeni işə qəbul edilmiş gənc müəllimlərin hər birini ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlandı, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğını dilə gətirdi.
Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşdülər.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı M.Məmmədov yeni işə qəbul edilmiş müəllimləri bu münasibətlə təbrik edərək, onlara uğurlar dilədi, Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamını bir daha xatırlatdı.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə