BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda sələmçi qadın qətlə yetirilib

Sumqayıtda sələmçi qadın qətlə yetirilib

14-09-2018, 09:36
Oxunub: 2 128 Sumqayıtda sələmçi qadın qətlə yetirilibSumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.