BolgeXeber.Com » İqtisadiyyat » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının növbəti ünvanı Fatmayı kəndi olacaq
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının növbəti ünvanı Fatmayı kəndi olacaq
14-09-2018, 12:46
Oxunub: 2 910
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini hər həftə səyyar şəkildə müxtəlif kənd və qəsəbə sakinlərinə təqdim edir
Bolgexeber.com xəbər verir,əlçatanlığı təmin edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası bu dəfə Abşeron rayonu, Fatmayi kəndində keçiriləcək. Sakinlər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlərdən yaralanmaq üçün Fatmayı kəndi, Qara Qarayev küçəsi 183 (Fatmayi İcra Nümayəndəliyinin yanında) ünvanındakı mobil ofislərə müraciət edə bilər. Aksiya çərçivəsində hər kəs 17-21 sentyabr tarixlərində saat 09:00-dan 17:00-dək yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalanacaq.
İctimai əhəmiyyətli kampaniya əhalinin mülkiyyət hüquqlarından istifadəni təmin etməklə yanaşı, ölkədə qanunvericiliyə uyğun qeydiyyata alınmış daşınmaz əmlakların sayını artırır. Yüksək keyfiyyətli xidmətlərin göstərilməsi ilə vətəndaş məmnunluğu və rahatlığı təmin olunur.
Məlumat üçün bildirək ki, hazırda kampaniya Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi 1 (Qobustan İcra Nümayəndəliyinin yanında) ünvanında davam edir. Hazırki statistikaya əsasən, qəsəbə əhalisi tərəfindən komitənin mobil ofislərinə ümumilikdə 40-dan çox müraciət daxil olub. Qanunvericiliyə uyğun olaraq bütün müraciətlər qəbul edilərək müfaviq xidmətlər göstərilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər