BolgeXeber.Com » Şou-Biznes » “Space” TV-də dava: “Şəhid bacısı”, “Şəhid ölümü” - VİDEO

“Space” TV-də dava: “Şəhid bacısı”, “Şəhid ölümü” - VİDEO

14-09-2018, 18:37
Oxunub: 3 982 “Space” TV-də dava: “Şəhid bacısı”, “Şəhid ölümü” - VİDEO“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində ötən günün mövzusu ölkədə fəaliyyət göstərən xəbər saytları olub

Oxu.Az xəbər verir ki, verilişdə qonaq olan müğənni Cavanşir Məmmədov informasiya portallarında yalan xəbər yazılmasından şikayətlənib.

O, getdiyi yas mərasimlərindən birini misal gətirib.

“5-6 il öncə yas mərasimində idik. Molla çox savadlı idi, dedim ki, ölüm haqdır, geci-tezi var. Allah qismət eləsin ki, biz də şərəfli ölək. Göydə təyyarədə partlamayaq, dənizdə batmayaq ki, bizi dəfn edə bilsinlər.

Yaxınlaşıb mollaya təşəkkür etdim, dedim ki, “efirdə eşitsən ki, ölmüşəm, heç kimdən təklif gözləmə, birinci özünü çatdır”. Verilişlərin birində bu ifadəni işlətmişəm. Saytlardan birinin nümayəndəsi isə götürüb səhəri günü yazıb ki, “Cavanşir Məmmədov öldü”. Bu ölü ilə əlaqə saxlamaq lazımdır, ya yox?”, - deyə Cavanşir iradını bildirib.

Verilişdə qonaq olan jurnalist Nuranə Abdullayeva isə Əməkdar artistin “Şərəfli ölək, təyyarədə partlamayaq, dənizdə batmayaq” ifadəsinə narazlığını bildirib.

O qeyd edib ki, dənizdə batan, təyyarədə partlayan şəhidlərimiz olub. Bu zaman hər iki tərəf arasında gərginlik yaşanıb.

Cavanşir Məmmədov fikrinin yanlış anlaşıldığını bildirib. O, jurnalistə “şəhidin bacısı sizin kimi geyinib burada oturar?”, - deyə sual ünvanlayıb.

Sözügedən kadrları təqdim edirik: