loading...
XƏBƏR LENTİ
Sabah yağış yağacaq
18 sentyabr 15:04
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bu gün Azərbaycanda Bilik günüdür

Bu gün Azərbaycanda Bilik günüdürBu gün Azərbaycanda Bilik Günüdür.

"Report"un məlumatına görə, yeni tədris ilində 165 780 şagird birinci sinifdə təhsil alacaq.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin təmir və tikintisi davam etdirilir. Hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır.

2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Bundan başqa, yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq. Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. 2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramovun “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslər sentyabrın 15-də başlanacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.
Bölmə: Ölkə | 15 sentyabr 2018 09:12 | Baxış sayı: 26





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: