Tacir Şahmalıoğlunun DAYISI: “Onun 3 yerdə evi var, niyə anasına sahib çıxmır?” - İTTİHAM
15-09-2018, 09:21
Oxunub: 3 554
Tanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyevanın yaşadığı mənzildən çıxarıldığı haqda xəbər yayılıb
Qeyd edilir ki, uzun müddətdir məcburi köçkün kimi özgəsinin mənzilini zəbt etmiş Südabə Allahverdiyevaya məhkəmə icraçıları xəbərdarlıq ediblər. Çünki Yasamal Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.
Qəribədir ki, maddi imkanları və mənzil şəraiti çoxları ilə müqayisədə daha yaxşı olan müğənni Tacir Şahmalıoğlu anası ilə bağlı məsələni susqunluqla müşahidə edir. Onun öz anasını yanında saxlamağa imkanı və yeri yoxdurmu?
Modern.az məsələ ilə bağlı Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyevlə əlaqə saxlayıb.
Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyev bacısı oğlunun bu hərəkətindən bərk narazılıq edib:
“Tacirin Bakıda üç evi var. O, bizi biabır edir. Nə olar ki, öz anandır də, onu apar yanına, qoy ağbirçək vaxtında rahat yaşasın. Hazırda bacımın yaşadığı ev birotaqlıdır.
Tacir imkansız deyil, qeyd etdiyim kimi, şəhərin müxtəlif yerlərində bir-birindən yaxşı 3 evi var. Mənim mövqeyim odur ki, Tacir heç kimə müraciət etməməlidir, anasını aparmalıdı yanına. Tacirin kemiş Razin, indiki Bakıxanov qəsəbəsində villası da var. Tacir niyə utanmır? Niyə belə imkanları olan şəxsin anası “Qaçqınkom”a müraciət etməlidir? Tacir öz anasının yaşaması üçün şərait yaratmalıdır”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə