loading...
XƏBƏR LENTİ
Sabah yağış yağacaq
18 sentyabr 15:04
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Sumqayıt" azarkeşləri ilə Rəşad Sadıqov arasında gərginlik baş verib-VİDEO

"Sumqayıt" azarkeşləri ilə Rəşad Sadıqov arasında gərginlik baş verib-VİDEOFutbol üzrə Azərbaycan Premyer Liqasında IV turun açılış oyununun sonlarında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və "Sumqayıt" azarkeşləri arasında gərginlik baş verib

"Report" xəbər verir ki, buna 36 yaşlı müdafiəçinin əlinin son saniyələrdə cərimə meydançası daxilində topa toxunması səbəb olub.

Həmin epizodda top yerə yıxılan Sadıqovun əlindən meydanı tərk edib. Baş hakim İnqilab Məmmədovun penalti təyin etməməsindən qəzəblənən qapı arxasındakı "Sumqayıt" azarkeşləri təcrübəli oyunçuya etirazlarını bildiriblər. Onların etirazları oyundan sonra da davam edib. Bu zaman Sadıqov "Sumqayıt"ın bir neçə futbolçusu ilə birgə həmin fanatlara yaxınlaşaraq, onlardan sakit olmalarını xahiş edib. O, epizodda qayda pozuntusuna yol vermədiyini də izah etməyə çalışıb.

Qeyd edək ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.


Bölmə: İdman | 15 sentyabr 2018 11:28 | Baxış sayı: 27





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: