BolgeXeber.Com » Bölgə » İsmayıllıda qadınları vahimə içində saxlayan manyak ələ keçdi

İsmayıllıda qadınları vahimə içində saxlayan manyak ələ keçdi

15-09-2018, 14:02
Oxunub: 3 467 İsmayıllıda qadınları vahimə içində saxlayan manyak ələ keçdiİsmayıllı rayonunda naməlum şəxs və ya şəxslərin həyətlərə girərək, qadınların alt paltarını oğurlaması faktına görə iki nəfər saxlanılıb.

Məsələ barədə sakinlər tərəfindən hüquq-mühafizə orqanlarına iki müraciət daxil olub.

Birinci fakt üzrə saxlanılan Ceyhun Nəcəfov adlı şəxsin ruhi xəstə olduğu müəyyənləşib.

Digər müraciət isə həyətlərə kiminsə girməsi barədə rayonun Hacıhətəmli kənd sakini Zaur Şirəliyev tərəfindən olub.

Araşdırma nəticəsində kənd sakininin sərxoş olduğu ortaya çıxıb. Onun həyətə kiminsə girməsi barədə verdiyi məlumatın yanlış olduğu müəyyənləşib. Yəni, polisə bilərəkdən səhv məlumat verilib.

İsmayıllıda qadınlara qənim kəsilən manyak peyda olub
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı rayon sakinlərinin narahatlıq keçirməsi üçün heç bir səbəb yoxdur. Son günlər məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olmayıb./Oxu.az