loading...
XƏBƏR LENTİ
Manatın MƏZƏNNƏSİ
20 sentyabr 10:31
Şok ittihamlar
20 sentyabr 09:04
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu

Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olduAzərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Bölmə: Siyasət | 15 sentyabr 2018 13:39 | Baxış sayı: 36





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: