BolgeXeber.Com » Xəbərlər » Tanınmış rəqqasənin mağazasından oğurluq etdilər-VİDEO

Tanınmış rəqqasənin mağazasından oğurluq etdilər-VİDEO

15-09-2018, 14:38
Oxunub: 4 118 Tanınmış rəqqasənin mağazasından oğurluq etdilər-VİDEOTanınmış rəqqasə Rəna Ağamuradovanın (Renka) geyim mağazasından oğurluq edilib

Open.az xəbər verir ki, bu barədə mağazanın rəsmi "İnstagram" səhifəsində məlumat verilib.
Qadın və bir qızın oğurluq etdiyi anların təhlükəsizlik kameralarına əks olunduğu iddia edilib.
"Bu xanımları görən və tanıyan şəxslərdən bizimlə əlaqə saxlamasını çox istərdik. Xanım yanındakı qızı da oğurluğa sövq edir. Ayıb olsun... İşləri onsuz da hüquq-mühafizə orqanlarının əlindədir. Mağazadan 4 ədəd geyim oğurlayıblar", - deyə məlumat verilib.
Qeyd edək ki, rəqqasə Renka bu yaxınlarda geyim mağazasının açılışını etmişdi.