BolgeXeber.Com » Siyasət » Rəcəb Tayyib Ərdoğan: "Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz"
Rəcəb Tayyib Ərdoğan: "Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz"
15-09-2018, 17:41
Oxunub: 3 262
Dağlıq Qarabağ problemi Türkiyənin problemidir.
Bolgexeber.com Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışı zamanı deyib.
R.T.Ərdoğan qeyd edib ki, buna görə də Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz: "Türkiyə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".
Türkiyə Prezidenti bildirib ki, bu gün Azərbaycan Türkiyənin sadəcə siyasi və iqtisadi sahədə deyil, eyni zamanda, bütün sahələrdə ən önəmli müttəfiqidir.
O vurğulayıb ki, bu gün hər iki dövlətin əlaqələri hər sahədə davam etməkdədir və bunda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin əməyi əvəzsizdir:
"Əlaqələrimizi daha da genişləndirəcək və bundan sonra müxtəlif layihələr həyata keçirəcəyik. Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın problemi isə bizim problemidir".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan ən çox şəhid türk məzarı olan qardaş ölkədir:
"Türkiyə və Azərbaycan bir ananın iki oğlu, qardaş dövlətdirlər. Azərbaycan və Türkiyənin keçmişi, dini və dili biridir. Bu gün burada toplaşmağımız 100 il bundan əvvəl şəhidlər verməyimizin və qardaşlığımızın simvoludur".
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər