BolgeXeber.Com » Xəbərlər » Bakıdakı möhtəşəm paraddan FOTOLAR

Bakıdakı möhtəşəm paraddan FOTOLAR

15-09-2018, 19:40
Oxunub: 2 235 Bakıdakı möhtəşəm paraddan FOTOLARAzərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib

Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları paradda keçid ediblər.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.

Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran” birliyi "Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olub. "Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq "Əsgər marşı”nı ifa edib.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin "Türk Ulduzları”nın uçuşları olub. ("Report”)
Bakıdakı möhtəşəm paraddan FOTOLAR
Bakıdakı möhtəşəm paraddan FOTOLAR
Bakıdakı möhtəşəm paraddan FOTOLAR
Bakıdakı möhtəşəm paraddan FOTOLAR
Bakıdakı möhtəşəm paraddan FOTOLAR
Bakıdakı möhtəşəm paraddan FOTOLAR
Bakıdakı möhtəşəm paraddan FOTOLAR