BolgeXeber.Com » Xəbərlər » İsrail İranın nəqliyyat təyyarəsini anqarda vurdu

İsrail İranın nəqliyyat təyyarəsini anqarda vurdu

16-09-2018, 12:56
Oxunub: 1 485 İsrail İranın nəqliyyat təyyarəsini anqarda vurduİsrail televiziyasının ikinci kanalı Dəməşqin beynəlxalq hava limanında dünən baş vermiş hücumun təfərrüatlarını açıqlayıb.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, hücumda məqsəd İslam İnqilabı Keşikçiləri Korpusunun zabitlərinin “Hizbullah” üçün silah gətirdikləri nəqliyyat təyyarəsinin vurulması olub.

Eyni zamanda, iranlıların anqarlarına hücum edilib. İsrail hərbi kəşfiyyatını çaşdırmaq üçün onların üzərində BMT-nin və DHL poçt xidmətinin simvolları əks olunubmuş.

Anqarlarda “Hizbullah” üçün nəzərdə tutulmuş silahlar, o cümlədən S-200 zenit hava hücumundan müdafiə kompleksləri olub.



* * *01:34

İsrail Dəməşq beynəlxalq hava limanına raket zərbələri endirməyə cəhd edib.

RİA Novosti bildirir ki, məlumatı Suriya tərəfi yayıb.

Qeyd olunur ki, saat 21:55-də Dəməşqin hava limanı yaxınlığında bir neçə partlayış qeydə alınıb. Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri atılan raketləri zərərsizləşdiriblər.

Hücum nəticəsində maddi ziyan dəysə də, ölən və xəsarət alan olmayıb.