BolgeXeber.Com » Dünya » Aralıq dənizində vurulmuş Rusiya hərbi təyyarəsinin qalıqları tapıldı

Aralıq dənizində vurulmuş Rusiya hərbi təyyarəsinin qalıqları tapıldı

18-09-2018, 14:39
Oxunub: 2 872 Aralıq dənizində vurulmuş Rusiya hərbi təyyarəsinin qalıqları tapıldıRusiya hərbçiləri dünən gedən radarlardan yoxa çıxmış İl-20 hərbi kəşfiyyat təyyarəsinin düşmə yerini tapıblar.

Sfera.az xəbər verir ki, Rusiya MN-nin verdiyi məlumata görə, təyyarə Banias yaşayış məntəqəsindən 27 km uzaqlıqda dənizə düşüb. Qəza yerinə dərinlik aparatları ilə təchiz olunmuş "Seliqer” gəmisi göndərilib. Gəmidəki cihazlar 2,5 km dərinliyə enməyə qadirdir. Uzaqdan idarəetməyə malikdir.

Xatırladaq ki, dünən Moskva vaxtı ilə 23:00-da Suriya sahillərindən 35 km uzaqlıqda İl-20 hərbi təyyarəsi radarlardan yoxa çıxmışdı. Hadisə İsrail F-16-larının Suriyanın Latakiya vilayətindəki obyektlərə zərbə endirməsi zamanı baş verib.

Təyyarənin İl-20-ni qalxan kimi istifadə edən F-16-ların hücumu zamanı səhvən Suriya HHM-ə məxsus S-200 raketləri tərəfindən vurulması təsdiqini tapıb. Zərbə nəticəsində 15 Rusiya hərbçisi həlak olub.