BolgeXeber.Com » İdman » Daha bir idmançımızın adı dopinq qalmaqalında

Daha bir idmançımızın adı dopinq qalmaqalında

18-09-2018, 15:37
Oxunub: 2 838 Daha bir idmançımızın adı dopinq qalmaqalındaAzərbaycan ağırlıq qaldıranlarından daha biri cəzalandırıla bilər.

Oxu.Az xəbər verir ki, bu dəfə milli komandanın üzvü, dünya və Avropa çempionatlarında, eləcə də İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil etmiş Elmar Alıyev qadağan olunmuş dərmanlardan istifadədə günahlandırılır.

56 kq çəki dərəcəsində çıxış edən atlet barədə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) məlumat yayıb.

Qeyd olunub ki, Antidopinq Siyasətinin 2.2-ci maddəsi pozulub. Bu üzdən idmançının çıxışına müvəqqəti olaraq qadağa qoyulub. İdmançının hansı maddədən istifadə etdiyi müəyyənləşdirilsə, ona müvafiq cəza veriləcək.

Qeyd edək ki, son bir il ərzində Azərbaycanın daha üç atleti dopinqə görə IWF tərəfindən beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bunlar Hüseyn İsmayılov (94 kq), Anastasiya İbrahimli (75 kq) və İsa Hüseynovdur (69 kq). Dörd illik cəzalandırılmış İsa Hüseynovdan fərqli, ilk iki idmançının cəzasının müddəti barədə qərar hələ ki açıqlanmayıb.

Bundan başqa, Azərbaycan Milli Anti-Dopinq Agentliyi yerli ağırlıqqaldıranlardan Cəbrayıl Abzərlini dörd və Rövşən Fətullayevi səkkiz illiyə cəzalandırıb.