loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bakıda marketdən yağ oğurlayan şəxsi tutub döydülər – VİDEO

Bakıda marketdən yağ oğurlayan şəxsi tutub döydülər – VİDEOBakıda mağazaların birində oğurluq edən şəxs tutulub.

Minval.info xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Əhmədli qəsəbəsində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə iki nəfər şəxsin gənc adamı döyməsi öz əksini tapıb.

İddialara görə, həmin şəxslər marketin əməkdaşlarıdır və mağazadan yağ oğurlayan şəxsi döyüblər. Yağ oğurlayan şəxs marketin mühafizəçilərindən qaçmaq üçün yaxınlıqdakı parka üz tutub, amma oradan uzağa gedə bilməyib. Ondan oğurladığı yağı alıblar və hadisə yerinə polis çağırılıb.

Minval.info-ya danışan hüquqşünas Səbuhi Axundov mühafizəçilərin hərəkətinin tam qanunsuz olduğunu deyib:

“Əgər mühafizəçilər oğurluq edən şəxsi tutduqdan sonra döyüblərsə, xəsarətin ağırlıq dərəsindən asılı olaraq onlar da cinayət məsuliyyətinə cəlb olunacaqlar. Qanunvericilik polisə, mühafizə orqanlarına heç bir halda vətəndaşı döyməyə imkan vermir”.

Həmin videonu təqdim edirik:


Bölmə: Xəbərlər | 18 sentyabr 2018 15:44 | Baxış sayı: 53





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: