BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.

Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.

18-09-2018, 18:39
Oxunub: 4 717 Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.18 sentyabr – Milli Musiqi Günü hər il olduğu kimi bu dəfə də geniş və təntənəli şəkildə qeyd edilib

Bolgexeber.com xəbər verir ki, bu musiqi bayramı tariximizə dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Üzeyir Hacıbəyovun taleyində ən möhtəşəm səhifə bir də odur ki, bəstəkar Azərbaycan Dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz, həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.
Dahi şəxsiyyətin xatirəsi Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən silsilə tədbirlərlə yad edilir. Belə ki, Regional İdarənin tabeliyində olan musiqi və incəsənət məktəblərində, klub müəssisələrində, kitabxanalarda görkəmli bəstəkar haqqında tədbirlər, dəyirmi masalar, konsert proqramları təşkil olunub.
İdarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan musiqi və incəsənət məktəbləri də öz növbələrində dahi şəxsiyyətin əziz xatirəsini, o cümlədən Milli Musiqi Gününü qeyd ediblər.
Mingəçevir şəhər şəhid F.Qasımov adına İncəsənət məktəbində keçirilən tədbirdə öncə ədibin həyat və yaradıcılığından məlumat verilib. Onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi mədəni sərvətin əvəzolunmazlığı da bir daha qeyd edilib.
Bundan başqa Milli Musiqi günü Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olanÜzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində və Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində də təşkil edilib. Tədbirlərdə bir-birindən rəngarəng musiqi nömrələri səsləndirilərək dahi Üzeyir yaradıcılığı yad edilib.
Qeyd edək ki, tədbirlərdə şəhər ictimaiyyəti və mədəniyyət işçiləri iştirak edib.
İdarənin Yevlax şəhər nümayəndəliyində də Milli Musiqi günü silsilə tədbirlərlə qeyd edilib. Uşaq musiqi məktəbləri, klub müəssisələri və kitabxanalarda təşkil olunan tədbirlər maraqlı anlarla yadda qalıb.Tədbirlərdə mədəniyyət sahəsinə olan dövlət qayğısından, həmçinin Heydər Əliyev Fondunun musiqimizin inkişafı, təbliği, tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edilib.Vurğulanıb ki, : - “Heydər Əliyev Fondunun layihələri musiqimizin təməl daşı olan muğamı artıq dünya musiqisinə çevirib”.
Davam edən silsilə tədbirlər nümayəndəliyin tərkibində olan şəhər 1,2 nömrəli və Malbinəsi, Xaldan, Qarxun kənd, həmçinin, Aran qəsəbə uşaq musiqi məktəblərindədavam edib.
İdarənin Bərdə rayon nümayəndəliyində də Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd olunub. Geniş şəkildə qeyd olunan əlamətdar gündə dahi bəstəkar Üzeyir Hacıbəylidən geniş söz açılıb və ölməz ruhu yad edilib.
Nəzərə çatdıraq ki, nümayəndəliyin nəzdində fəaliyyət göstərən şəhər 1 və 4 nömrəli uşaq incəsənət, şəhər 2, 3 nömrəli uşaq musiqi, o cümlədən Divanlı, Kətəlparaq, Kolayır kənd uşaq musiqi məktəblərinin təşkil etdiyi rəngarəng konsert proqramları, tədbirlər geniş izləyici marağına da səbəb olub.
Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbində keçirilən tədbirdə dahi şəxsiyyətin əziz xatirəsi yad edilib. Çıxış edən regional idarənin məsləhətçisi Kəmalə Rəfibəyli qeyd edib ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən hər il ölkəmizdə Şərqdə ilk musiqili teatr sənətinin banisi, Azərbaycan musiqisinin klassiki, görkəmli alim-musiqişünas, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü - 18 sentyabr “Milli Musiqi Günü” kimi qeyd olunur. Novator sənətkar olan Üzeyir Hacıbəyov Azərbaycan klassik musiqisinin bütün janrlarının bünövrəsini qoyub. Bu gün ölkəmizdə milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir.“
Tədbir proqramı maraqlı və rəngarəng konsert proqramı ilə davam edib.

Bir-birindən rəngarəng keçən tədbir proqramlarında bir daha qeyd olunub ki, : - “Üzeyir Hacıbəyli yüksək qabiliyyəti , görünməmiş fədakarlığı, gözəl təhsili, vətənpərvərliyi, fəal ictimai – siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan biridir .Onun musiqimizin yüksəlişi yolunda xidmətləri saysız-hesabsızdır. O, böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi də dünya şöhrəti qazandı. Üzeyir bəy respublikamızda musiqi təhsilini tədris etməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisinin tədqiqinə, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivləri yaratmağa müvəffəq oldu.Üzeyir bəy kimi dahisi olan xalq xoşbəxtdir.”
Bundan başqa təşkil edilən tədbirlərdə musiqi və incəsənət məktəblərinin müəllim və şagird kollektivi dahi bəstəkarın əsərlərindən ifalar səsləndiriblər.
Regional İdarənin Tərtər rayon nümayəliyi də Milli Musiqi gününü geniş tədbir proqramı ilə qeyd edib. Tədbir çıxışlardan sonra dahi Üzeyir Hacıbəylinin bəstələdiyi xalq mahnılarının ifası ilə davam edib.
Sonda onu da qeyd edək ki, mədəniyyət sahəsində göstərdiyi əvəzolunmaz xidmətlərə görə dahi Üzeyir Azərbaycan xalqının qəlbində hər zaman yaşayır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsində “Milli Musiqi Günü” silsilə tədbirlərlə qeyd olunub.