"Mədəm yoxdur, hər gün arıqlayıram, xəstəlik artır" - Tünzalə ağladı - VİDEO
19-09-2018, 10:14
Oxunub: 3 942
Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişinin qonağı olub.
Bolgexeber.com axşam.az-a istinadən xəbər verir ki, aktrisa yaşadıqlarından bəhs edib. "Toppuş bacı" ləqəbi ilə tanınan Tünzalə hər şeyin səbəbinin arıqlamaq üçün etdirdiyi əməliyyatlar olduğunu deyib:
"Bu xəstəlik 5-6 ildir var imiş. Amma son günlər yemədiyim üçün imunitetim düşdü və xəstəlik irəlilədi. Hər gün yeməliyəm ki, kökəlim. Amma hər gün arıqlayıram. İndi 80 kiloqram olmuşam. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram. Məsələn, bu gün mən bir konfet yemişəm. İmunitetim yoxdur, qanım aşağıdır. Kimyaterapiya da qəbul edə bilmirəm. Hətta həyat yoldaşım deyir ki, gedib süni mədə qoyduraq, arıqlama. Mən hər zaman deyirdim görəsən, nə vaxt çəkim ikirəqəmliyə düşəcək. Düşdü, amma bu cür. Arıqlamaq üçün etdirdiyim əməliyyatlara görə çox peşmanam".
Tünzalə bildirib ki, valideynləri onun xəstəliyindən xəbərsizdilər:
"Bilmələrini istəmirəm. Sağalmaq istəyirəm, qızım Zəhra balacadır. Onu məktəbə yola salmağı arzulayıram. Amma ömrüm buna yetəcəkmi... Qayınanam mənə çox dəstək olur. Hər dəfə xəstəxanaya gedəndə, qızımı qayınanama tapşırıram".
Göz yaşlarını saxlaya bilməyən T.Əliyeva müayinə üçün xaricə getməyə hazırlaşdığını söyləyib.
Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişinin qonağı olub
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər